28 Noyabr, 2014
Bakı-Tbilisi-Qars xəttində ilk işçi qatar işə salınacaq

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin yaradılması layihəsi çərçivəsində Türkiyə ərazisində işlər vaxtında tamamlanacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Türkiyə ərazisində işlərin yubanması haqqında informasiya ilə bağlə sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu söhbətlər layihə reallaşdırılmağa başlayandan var: "Demək istərdim ki, Türkiyədə işlər davam edir və vaxtına tamamlanacaq".

M.Pənahov qeyd edib ki, bu ilin dekabrında Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işçi qatarın işə salınması planlaşdırılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!