28 Noyabr, 2014
Suriyada atəşkəs əldə oluna bilər

Suriyada 4 ildir davam edən qanlı vətəndaş müharibəsi sona çata bilər.

Simsar.az xəbər verir ki, Suriya xarici işlər naziri Velid Muallim Soçidə Rusiya prezidenti Vladimir Putin ilə görüşüb. Danışıqlar zamanı Putin BMT-nin Hələb şəhərində atəşkəs təklifinə dəstək verib.

Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi nümayndəsi Staffan de Mistura Suriyanın ikinci ən böyük şəhəri Hələbdə hökumət gücləri ilə üsyançılar arasında döyüşlərin dondurulmasını təklif etmişdi. Bəşər Əsəd isə Misturanın təklifinin müzakirə ediləcəyini bildirmişdi.

Digər tərəfdən, Şamın şərqində hökumət güclərinin qurduğu pusquya düşən 50 terrorçu öldürülüb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!