27 Noyabr, 2014
Özündən 11 yaş böyük arvadını doğradı

Simsar.az lent.az-a istinadən xəbər verir ki,  Zahid Xəlilov küçəsi ev 50, mənzil 35-də yaşayan 1976-cı il təvəllüdlü Məcidova Kəmalə Sevilxan qızı ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

K.Məcidovanın yaxınları bildiriblər ki, onu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Məcidov Allahyar Ramiz oğlu bıçaqlayıb.

Allahyar Məcidovun özündən 11 yaş böyük xanımını hansı səbəbdən bıçaqlaması məlum deyil.

Faktla bağlı araşdırmalr aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!