27 Noyabr, 2014
Binə Hava Limanı bağlanır - Açıqlama

Binə Hava Limanındakı köhnə terminal gələn aydan etibarən fəaliyyətini dayandıracaq.

Simsar.az xəbər verir ki, bunu milli.az-a “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin mətbuat katibi Məhərrəm Səfərli bildirib. Onun sözlərinə görə, dekabr ayının 1-dən etibarən bütün reyslər yeni inşa olunmuş terminaldan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda yeni aeroportdan yalnız AZAL-a məxsus reyslər üçün istifadə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!