27 Noyabr, 2014
ABŞ Əfqanıstandan çıxmadı

Əfqanıstan senatı ABŞ-la yeni razılaşma imzalayıb. İkitərəfli razılaşmaya görə ABŞ ordusu Əfqanıstanda qalacaq.

Simsar.az xəbər verir ki, Əfqanıstan parlamentinin üst qanadı olan senatın imzaladığı təhlükəsizlik razılaşmasına görə, 2014-cü ildən sonra Əfqanıstanda 9 min 800 ABŞ əsgəri qalacaq. 2015-ci ilin sonunda bu say yarıya düşəcək. 2016-cı ilin sonunda isə Əfqanıstanda ABŞ səfirliyinin təhlükəsizliyi üçün cəmi bir Amerika əsgəri qalacaq.

İkitərəfli razılaşmada Əfqnıstana xarici qüvvələrin hərbi müdaxiləsi zamanı, Amerika əsgərlərinin əfqanlara dəstək verəcəyi də bildirilir.

Qeyd edək ki, senatın 152 üzvü bu müqavilənin lehinə səs verərkən, cəmi 7 nəfər əleyhinə olub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!