27 Noyabr, 2014
Sami Yusifdən azərbaycanlılar üçün ÖZƏL KONSERT

Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf gələn il Təbrizdə azərbaycanlılar üçün konsert verəcək.

Simsar.az xəbər verir ki, Sami Yusuf bu barədə İran mətbuatına açıqlamasında deyib. O, yanvarın 30-da İrana səfər edəcəyini və fevralın 1-də Tehranda ilk konsertini verəcəyini bildirib.

Sami Yusuf İranda bir neçə ziyarətgaha gedəcəyini də açıqlayıb.

O, İranda ikinci konsertinin olacağını da bildirib:

“Öz istəyim əsasında ikinci konsertim Təbriz şəhərində olacaq və fevralın 4-də Təbrizdə azərbaycan türkləri üçün səhnəyə çıxacağam”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!