20 Aprel, 2011
Göydələnin zirzəmisində yanğın

10 nəfəri xilas etmək mümkün olub

Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə bu gün səhər saatlarında Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb. Nəticədə elektrik kabellərinin 60 pm hissəsi və elektrik sayğacları yanıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər binadan 10 nəfərin təxliyəsini həyata keçirib, mənzilləri yanğından mühafizə ediblər.

Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!