27 Noyabr, 2014
Markesin şəxsi arxivi üstündə qiyamət qopdu

Markesin şəxsi arxivi Texas Universitetinə satılınca qızıl qiyamət qopub

Aprel ayında 87 yaşında dünyasını dəyişən dünyaca məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin şəxsi arxivinin Texas Üniversitetinə bağlı Harrly Ronsom Mərkəzində qorunacağı məlum olub. Elə nə oldusa bu qərardan sonra oldu. Necə deyərlər ailə ilə hökümət arasında qızıl qiyamət qopub.

Simsar.az xəbər verir ki,  Kolumbiya Mədəniyyət Naziri Mariana Qarses arxivin Texas Universiteti tərəfindən satın alınmasının ölkə üçün böyük itgi olduğunu söyləsə də, ailə hökümətin arxiv üçün onlarla heç bir şəkildə əlaqə qurmadıqlarını deyib. Digər tərəfdən də Kolumbiya Milli Kitabxanasına aid rəsmi tvitter hesabında Nobel mükafatçısı yazarın “Yüz ilin tənhalığı” adlı romanını yazdığı yazı maşınında yazılmış orjinal səhifələri ilə yazara aid bir neçə kitabın ölkəsində qalacağı diqqətə çatdırılıb. Bu açıqlama kolumbiyalıları razı salmışa bənzəmir. Sosial şəbəkələrdə hökümət sərt tənqid atəşinə tutulub.

Markesin arxivinin qorunacağı Texas Universitetinin Harrly Ronsom Mərkəzi bu mövzuda ən əhəmiyyətli qurumlardan biri olaraq qəbul edilir. Ceyms Coys, Ernest Heminquey, Viliam Folkner və Corc Luis Borxes kimi yazıçıların arxivlərin d ev sahibliyi edən mərkəzin Markesin ailəsinə ödədiyi rəqəm bilinmir. Mərkəzdəki araşdırma kitabxanasında sərgilənəcək arxivdə dünya miqyasında 50 milyondan çox satılan “Yüz ilin tənhalığı” romanının osjinal mətninin Markesin Qraham Qren Milan Kundera, Günter Qras və Karlos Funtes kimi yazıçılara göndərdiyi məktublar və yazarın yaxın dostlarından olan Fidel Kastro ilə bağlı sənədlər də yer alır.

Yarımçıq qalan romanı da var

Təxminən 2 min hissədə ibarət olan arxivdə 40-dan çox foto albomu, Markesin əsərlərini yazdığı Smit Korona yazı maşınları,  beş bilgisayarı və yarımçıq qalan əsəri “Bir-birimizi avqustda görəcəyik” də yer alır. Arxivi dəyərləndirmək üçün yazıçının ölümünün ardından Meksikadakı evini ziyarət edən Latı Amerika ədəbiyyatı mütəxəssisi Joze Montelongo: “Özümü iksirlərinin tərifini gizlətməyə çalışan məşhur bir kimyagərin labaratoriyasına girmiş kimi hiss etdim. Markesin otağında onun yaratmaq mübarizəsini aydın görmək mümkündür”.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!