27 Noyabr, 2014
8 dövlət Çinlə birləşdi

Sakit okean hövzəsində yerləşən 8 ada ölkə Çinlə strateji ortaqlıq razılaşması imzalayıb.

Simsar.az xəbər verir ki, Çin Prezidenti Xi Jinpingin Fici adalarına səfəri zamanı 8 ada dövləti ilə strateji ortaqlıq anlaşması imzalamaqla ərazidə faktiki nəzarəti ələ keçirib.

Çin mediasında yayılan məlumatlara görə, Çin ilə Fici adaları, Mikroneziya, Samoa, Papua-Yeni Qvineya, Vanuatu, Kuk adaları, Tonqa və Niue arasında bağlanan müqaviləyə görə, ticarət, kənd təsərrüfatı, balıqçılıq, dənizçilik, enerji və digər sahələrdə əməkdaşlıq ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!