27 Noyabr, 2014
"Sumqayıt"ın futbolçusu UEFA-nın rekordçu siyahısında

Milli çempionatlarda qol vuran 10 ən gənc futbolçunun siyahısı açıqlanıb.

Qol.Az-ın "Sumqayıt" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın Avropa ölkələri üçün tərtib etdiyi siyahıya yüksək liqada qol hesabını 16 yaşadək açan futbolçular daxil olub.

Bu siyahıya "Sumqayıt" klubunun yarımmüdafiəçisi Orxan Əliyev də düşüb. O.Əliyevin 15 yaş 236 günlüyündə fərqlənməsi UEFA-nın diqqətindən yayınmayıb.

2011-ci ilin avqustunda “Qəbələ” ilə görüşdə fərqlənməsi Orxanı rekordçular siyahısına daxil edib. Orxan UEFA-nın bütün liqaları və bütün illəri əhatə etmədiyindən natamam sayılan siyahısında 6-cı pillədə qərarlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!