27 Noyabr, 2014
Prezidentdən dini icmalarla bağlı SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!