27 Noyabr, 2014
Ukrayna parlamentinin sədri vəzifəsinə 36 yaşlı şəxs seçildi

Ukrayna Ali Radasına yeni sədr seçilib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, yeni parlamentdə yaranan koalisiya bu posta Petro Poroşenko blokunun liderlərindən olan Vladimir Qroysmanın namizədliyini irəli sürüb.

Keçirilən səsvermədə 1978-ci il təvəllüdlü V. Qroysman 359 səs toplayaraq parlamentin sədri seçilib.

Yeni sədr çıxışında bildirib ki, Ukrayna Krımı özünə qaytarmalı və Donbassı bərpa etməlidir: “Biz prezidenti dəstəkləyərək məsuliyyətli qərarlar qəbul etməliyik”.

Qeyd edək ki, yəhudi əsilli ukraynalı, 1978-ci il təvəllüdlü V. Qroysman bundan əvvəl baş nazirin müavini idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!