27 Noyabr, 2014
“Qalatasaray” Prandelli ilə yollarını ayırır

İstanbul təmsilçisinin rəhbərliyi Prandelli ilə yollarını ayırmaq qərarına gəlib. Simsar.az xəbər verir ki, bu barədə Goal.com saytı məlumat yayıb. Məlumatda italiyalı futbol mütəxəssisin taleyi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün İcraiyyə Komitəsinin iclas keçirdiyi qeyd edilib. Hazırda davam edən iclasda Prandellinin istefaya göndərilməsi məsələsinin rəsmiləşəcəyi ehtimal edilir.

Qeyd edək ki, Prandelli baş verən hadisələrdən xəbərsizdir. Belə ki, ötən gün UEFA Çempionlar Liqasında “Anderlext”in qonağı olan “Qalatasaray” komandası İstanbula qayıtmayıb. İclasın yekun qərarı komanda qayıdandan sonra Prandelliyə açıqlanacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!