27 Noyabr, 2014
Mixail Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürüldü

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşviliyə bankir Sandro Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə ittihamlar irəli sürüb.

Simsar.az-ın TASS-a istinadən verdiyi məlumata görə, prokurorluğun bəyanatında Saakaşvilinin S. Qirqvlianiyə qarşı törədilmiş cinayətdə günahkar olduğu bildirilir.

“İnsan haqları üzrə Avropa Məhkəməsinin tövsiyələri əsasında aparılmış araşdırma zamanı törədilmiş cinayətin sistem xarakterli olduğu müəyyən edilib”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən ay Gürcüstanın sabiq baş naziri Vano Merabişvili S. Qirqvlianinin qətli ilə bağlı cinayət işi üzrə 3 il həbs cəzası alıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!