27 Noyabr, 2014
Evdə yığışıb narkotik qəbul edən qadınlar yaxalandı

Lənkəranda narkotik vasitə qəbul edən qadınlar tutulub. Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İbrahimovdan 0,7 qram heroin və 0,7 qram psixotrop maddə olan “Metalfetamin” götürülüb. Onun kirayədə yaşadığı Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fazil Fətullayevə məxsus evə baxış zamanı 0,780 qram heroin, 5,5 qram tiryək, 30 ədəd şpris və narkotik vasitə istifadə etmək üçün vasitələr də aşkar edilərək götürülüb. Evdə narkotik vasitə qəbul edən şəhər sakini Sevinc Dadaşoşovadan 0,6 qram, Bakı şəhər sakinləri Aybəniz Kərimovadan 0,110 qram, Günel Vəliyevadan 0,3 qram heroin götürülüb.

F.Fətullayev saxlanılıb ondan 0,325 qram heroin götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!