27 Noyabr, 2014
Bakıda daha bir yol bağlandı

Bakıda tərmirlə əlaqədar daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində Kənar yolda aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!