20 Aprel, 2011
Depoda yanğın

Təhlükəsizlik qaydalarına əməl olunmayıb

Aprelin 19-da Bakıda yanğın hadisəsi baş verib. 

Simsar.az-ın Fövüqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda Dəmir Yolu İdarəsinə məxsus Lokomotiv Deposunda istismar müddəti başa çatmış elektrovozun kabinə hissəsi yanıb.


Yanğın saat 17:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!