27 Noyabr, 2014
Arvadını öldürən sabiq polisə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən D. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, D. Əhmədov yaşadığı evdə həyat yoldaşı Gövhər Əhmədovanı boğaraq öldürüb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.

Onu da qeyd edək ki, D. Əhmədov bir müddət polis əməkdaşı olub. Daha sonra isə xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!