20 Aprel, 2011
İbrahim Tatlısəs yeriyir

Oğlu 40 qurban kəsdi

Simsar.az Türkiyə mətbuatına istinadən bilidirir ki, silahlı hücum nəticəsində ağır yaralanaraq xəstəxanaya çatdırılan və müalicəsi Almaniyada davam edən məşhur müğənni İbrahim Tatlısesin artıq gəzməyə başlayıb. Hücum vaxtı müğənninin avtomobilində olan və bədəninə 2 güllə dəyərək yaralanan asissent Damla Buket Çakıcı müğənninin səhhətində müsbətə doğru irəliləmə olduğunu deyib: “Şükrlər olsun ki, İbrahim bəyin səhhəti yaxşılaşır. Beyni və vücudu fizioterapiyaya cavab verir. Artıq addım atmağa başlayıb və yavaş-yavaş gəzir. Hələlik heç bir problem yoxdur. Nə vaxt qayıdacağı isə məlum deyil”. 


Atasının sağalması üçün 40 qurban deyən Əhməd Tatlı isə müğənninin səhhətinin düzəlməsi ilə nəzirini yerinə yetirib və qurban kəsdirərək kasıblara paylayıb.

Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses martın 14-də gecə televiziya proqramından çıxarkən silahlı hücuma məruz qalaraq ağır yaralanmışdı . Uzun müddət Türkiyədə müalicə olunan müğənni daha sonra fizioterapiya üçün Almaniyaya aparılmışdı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!