27 Noyabr, 2014
Çex nazir səfirimizi qəbul edib

Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev noyabr 26-da Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib.

Simsar.az xəbər verir ki, görüş zamanı Çexiyalı nazir Lubomir Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!