20 Aprel, 2011
İki əsgər yaralandı

Birinin vəziyyəti orta ağır, digərinin xəsarəti yüngüldür

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.

Bu barədə Simsar.az -a  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. 

Onun sözlərinə görə, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib. F. Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E. Nəzərov isə yüngül xəsarət alıb.

Qeyd edək ki, F. Abdullayev Gədəbəy, E. Nəzərov isə Kəlbəcər Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!