27 Noyabr, 2014
Suriya müxalifəti hərbi təlimləri Qətərdə keçir

Qətərdə bir ildən çoxdur Azad Suriya Ordusuna bağlı müxalifət silahlılarının hərbi təlimlər keçdiyi baza aşkar olunub.

Simsar.az xəbər verir ki, “Reuters” agentliyinin araşdırmasına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində (CİA) müxalifət əsgərlərinə 12-20 nəfərlik qruplar halında səhradakı bir hərbi bazada təlim keçilir.

Müxalifət əsgərləri təlimlər bitdikdən sonra Suriyaya geri dönüb “İŞİD” və hökumət ordusu ilə vuruşurlar. Lakin araşdırmada, təlim keçmiş silahlıların bu günə kimi Suriyada istənilən nəticəni vermədiyi qeyd edilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!