27 Noyabr, 2014
Kamyunun Sartra yazdığı sonuncu məktub

Fransız yazıçısı Albert Kamyunun, filosof-yazar Jan Pol Sartra yazdığı son məktublardan biri olduğu təxmin edilən əl yazması gün üzünə çıxıb.

Simsar.az xəbər verir ki, AFP xəbər agentliyi məktubun bir fransız imza kolleksiyaçısının divarından asılı olaraq günümüzə qədər gəlib çıxdığını bildirib. “Dəyərli Sartra” deyə balayan uzun məktuba, Kamusun dostuna yeni hazırladığı piyesində oynaması üçün bir ispan qadın aktrisa tövsiyyə etdiyi bildirilir. Tarixi yazılmayan məktubun 1951-ci ilin əvvəllərində yazıldığı təxmin edilir.

Xatırladaq ki, dövrün ən məşhur alimlərindən olan bu iki insanın dostluğu, Kamusun 1951- ci ildə nəşr edilən “Baş qaldıran İnsan” adlı kitabından sonra pozulub.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!