27 Noyabr, 2014
İspaniyada korrrupsiya qalmaqalı - Nazir istefa verdi - VİDEO

Korrupsiyada ittiham olunan İspaniyanın səhiyyə naziri Ana Mato istefa verb.

Simsar.az xəbər verir ki, keçmiş həyat yoldaşının rüşvət aldığı iddiası ilə məhkəmə tərəfindən ifadə verməyə çağrılan İspaniyanın səhiyyə naziri Ana Mato, bunu qüruruna sığışdırmayaraq istefa etdiyini açıqlayıb.

Ana Matonun o zaman əri olan bələdiyyə başçısı Jesus Sepulvedanın aldığı 500 min avro rüşvətdən, səhiyyə naziri Matonun da istifadə etməsi qənaətində olan məhkəmə naziri ifadə verməyə çağırıb.

Bu hadisənin mətbuata çıxmasıyla parlamentdəki bütün siyasi partiyalar nazirin istefasını tələb ediblər. Nazir açıqlamasında məhkəməyə sadəcə ifadə vermək üçün çağırıldığı halda, partiyasına və şərəfinə daha çox zərər verilməsini istəmədiyi üçün istefa verdiyini bildirib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!