27 Noyabr, 2014
“07” 12 yaşlı qızı vurdu- Xaçmazda

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az salamews-a istinadən məlumatına görə, hadisə Gəndob-Yalama yolunun 21 km-də baş verib. Şabran rayon sakini 54 yaşlı Zakir Mikayıl oğlu Cəbrayılovun idarə etdiyi “Vaz-2107” markalı avtomaşınla Gəndob istiqamətindən Yalama istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Xaçmaz sakini 12 yaşlı Səbinə Bəxtiyar qızı Balaqadaşovanı vurub.

Müxtəlif bədən xəsarətləri almış piyada Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!