26 Noyabr, 2014
FHN 17 yaşayış məntəqəsindən yağış sularını çəkib

Lənkəranda FHN xilasediciləri 17 yaşayış məntəqəsindən yağış sularını çəkib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, noyabrın 25-dən Lənkəran rayonu ərazisində yağan yağışlarla əlaqədar 17 yaşayış məntəqəsindən, o cümlədən rayon elektrik paylayıcı şəbəkənin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin həyətyanı sahəsindən, nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən yağış suları çəkilib.

Hazırda su çəkmə işləri davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!