26 Noyabr, 2014
İsveç Donetskə yardımı artırır

İsveç höküməti Donetskə humanitar köməyini artıracaq.

Simsar.az-ın məlumatına görə, bu haqda İsveçin xarici işlər naziri Marqota Valstrema bildirib.

Onun sözlərinə görə, İsveç ən çox zərər çəkmiş regionlara veriləcək humanitar köməyin həcmini artıracaq.

Qeyd edək ki, bu ilin iyulunda İsveç Donetskdə ərzaq mallarının və dərmanların alınması üçün nəzərdə tutululan 3,8 milyon avro ayırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!