20 Aprel, 2011
AYB SƏDRLİYİNƏ İDDİAÇILARIN SAYI ARTIR

Çingiz Abdullayev və Rəşad Məciddən sonra daha bir yazar sədr olmaq arzusuna düşüb?

Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında qurumun sədri Anar namizədliyini irəli sürməyəcək. Bir neçə gün öncə bu xəbəri Simsar.az saytı yayıb. 

AYB-nin fəal üzvü olan adının çəkilməsini istəməyən yazar sayta verdiyi məlumatda sədrliyə yeni namizədlərin olacağını da deyib. O, bildirib ki, qurultayda rəqabət katiblər - Çingiz Abdullayev və Rəşad Məcid arasında olacaq.

“Yeni Müsavat” qəzeti isə son sayında AYB sədrliyinə daha bir iddialı yazardan açıqlama alıb. “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli qəzetə deyib: Bizim ağsaqqalımız Anardır, birinci o fikrini bildirməlidir. Əgər o, namizədliyini verməsə, potensial iddiaçılar namizədlik barədə düşünə bilərlər ki, kim daha çox yararlıdır, kimin şansı böyükdür. Qurum sədrliyinə iddialılar məsələsində bir neçə namizədin adı hallanır. Özləri bu barədə fikir bildirmədiklərinə görə o adamların adlarını açıqlamaq istəmirəm. Həmin siyahıda mənim də adım var”.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!