26 Noyabr, 2014
Elmar Məmmədyarov Taylandın ölkəmizdəki səfiri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tailandın ölkəmizdəki yeni səfiri Tharit Çarungvat ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Tailand arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, ticari-iqtisadi və turizm əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlərlə bağlı məsələlər müzakirə edilib.

Səfir T.Çarungvat diplomatik fəaliyyəti müddətində Tailand ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!