26 Noyabr, 2014
3 yaşlı körpə ana qatili oldu

ABŞ-da 3 yaşlı uşaq anasının ölümünə səbəb olub. Hadisə Oklahoma ştatının Tulsa şəhərində baş verib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, körpə divanın altında olan bir neçə silahdan birini götürərək anasına tərəf atəş açıb.

Vurulduqdan 1 saat sonra canını tapşıran Krista Engelsin cəsədini işdən evə qayıdan qaynanası tapıb. O evə gələrkən iki körpənin də qan içində olduğunu görüb. Qadın 3 yaşlı nəvəsinin mütəmadi olaraq “anam vuruldu” dediyini bildirib.

26 yaşlı Krista Engels əvvəllər ABŞ ordusunda xidmət edib.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!