26 Noyabr, 2014
Dekabrın 1-də bülletenlərin çapına start veriləcək

Simsar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi iclasda məlumat verib.

MSK sədri bildirib ki, xüsusilə bələdiyyə seçkilərində bülletenlərin çapı çox vaxt aparır: "Hazırda qalan günlərimizin sayı ötən günlərimizin sayından oluqca azdır. Fasiləsiz çalışmalıyıq ki, dekabrın 1-də bülletenlərin çapına başlayaq. Bu gün MSK üzvləri mətbəə ilə maraqlanaclar. Baxılmayan müraciətlərin hər birinə tezliklə baxmalıyıq ki, prosesdə yubanma olmasın".

 

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!