26 Noyabr, 2014
1596 bələdiyyədə namizədlərin qeydiyyatı bitib - MSK sədri

Mərkəzi Seçki Komisiyasının (MSK) növbəti iclası keçirilib.

Simsar.az xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan mütaciətlərə baxılıb.

MSK sədri bildirib ki, bu günə kimi daxil olan bütün müraciətlərə baxıblar: "Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlırin 37120 nəfərinin namizədliyi qeydə alınıb. Hələlik 160 nəfərin qeydiyyat məsələsinə baxılmayıb. Yaxın günlərdə bu proses tam olaraq yekunlaşacaq".

M.Pənahov həmçinin bildirib ki, 1596 bələdiyyədə namizədlərin qeydiyyatı tam başa çatıb.

 

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!