26 Noyabr, 2014
İki FTB agenti güllələndi

ABŞ-ın Missuri ştatının Sent-Lüis şəhərində iki Federal Təhqiqat Bürosu əməkdaşının vurulduğu bildirilib.

Simsar.az ABŞ mediasına istinadən xəbər verir ki, Sent-Lüis polisindən verilən məlumata görə, 2 əməkdaş bu səhər şəhərin şimal hissəsində bir evə edilən basqın zamanı vurulub. Hər 2 FTB əməkdaşının da həyatını xilas etmək mümkün olub.

Ferquson hadisələri ilə əlaqəsinin olub-olmadığı bilinməyən hadisənin, Ferquson şəhərindən 8 kilometr aralıda baş verdiyi açıqlanıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!