26 Noyabr, 2014
Neft yatağının işlənməsinin optimal variantı araşdırılıb

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. İnstitutdan Simsar.az-a verilən məlumata görə, “Qeyri-müəyyənlik və iqtisadi risk şəraitində neft yatağı işlənməsi investisiya layihəsinin optimal variantının seçimi” mövzusuna həsr olunan seminarda institutun “Maye və qaz mexanikası” şöbəsinin aparıcı elmi işçisi, t.e.n. Eldar Abbasov məruzə edib.

Məruzədə oyunlar nəzəriyyəsinin müxtəlif minimaks meyarları üzrə hesablamaların nəticələrinin ekspert qiymətləndirmələri (Laplace, Hurwitz, Wald, Savage, Hodge-Lehmann) və həmçinin L. Zadənin qeyri səlis çoxluqlar (fuzzy logic) nəzəriyyələri əsasında neft yatağı istismarı investisiya layihəsinin optimal variantının seçimi üçün unifikasiya edilmiş üsula baxılıb. Risklərin qiymətləndirilməsi, “gəlir matrislərinin” qurulması və ənənəvi yanaşmada çatışmazlıqları (ehtiyatların miqdarının qiymətləndirilməsində yaranan qeyri-müəyyənliklər və iqtisadi risk) nəzərə alaraq neft yatağının işlənmə layihəsinin optimal variantının  realizasiya olunması təklif olunub.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!