26 Noyabr, 2014
Azərbaycan klubu Çempionlar Liqasının qalibinə qarşı

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək. Simsar.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” mövsümün ilk ev matçında “Kazan”la qarşılaşacaq.

Qrup mərhələsinin ilk görüşündə Polşa “Ximik”inə uduzan Dejan Brdjoviçin yetirmələri turnirin ötənilki qalibi ilə oyunda vəziyyəti düzəltmək niyyətindədirlər.

Çempionlar Liqası

2-ci tur

26 noyabr

A qrupu

17:00. “Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya)

Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Qrupun digər qarşılaşmasında “Agel” (Çexiya) “Ximik”i (Polşa) qəbul edəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!