26 Noyabr, 2014
Azərbaycan və Türkiyə aşıqları deyişdi – FOTOLAR

Azərbaycan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakıda keçirilən Türkiyə Kültür günləri çərçivəsində Azərbaycan və Türkiyə aşıqlarının deyişməsi keçirilib.

Təbirdə çıxış edən Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan çıxışında Türkiyə Kültür həftəsinin iki qardaş, ölkələrimizin birgə mühüm layihələrdən bir, olduğun xüsusi qeyd edib və bu işin mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən söz açıb. Qeyd edək ki, təbirdə Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslanla yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları və digər ictimai şəxslər iştirak ediblər.

Sonra hər iki ölkənin tanınmış aşıqlarının ifasında deyişmə başlayıb.

Onu da deyək ki, Türkiyədən Azərbaycana gələn aşıqlar Gültəkin Buludoğlu, Bahəddin Yıldızoğlunun, Mustafa Altan, Temel Şahin eləcə də Azərbaycandan Qazalı,  Gədəbəyli aşıqları və başqalarının deyişmələri maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, Azərbaycanda keçirilən Türkiyə Kültür həftəsi Türkiyənin Mədəniyyət və Turizm nazirliyi,  eləcədə  Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!