20 Aprel, 2011
İsraildən Azərbaycana təklif gəldi

Bu barədə «Flight Global» şirkəti məlumat yayıb

İsrail Kosmik Sənaye şirkəti (Israel Aerospace Industries) Azərbaycana «Heron» və «Searcher 2» pilotsuz kəşfiyyat təyyarələrini təklif edib.

Simsar.az -ın bildirdiyinə görə, bu barədə «Flight Global» şirkəti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu yaxınlarda İAİ nümayəndə heyətinin Azərbaycana səfəri zamanı belə bir təklif səsləndirilib.

Qeyd edək ki, mart ayında Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və İAİ-nin birgə qurduğu «Azad Systems Co.» şirkətinin zavodu açılıb. Həmin zavodda İAİ-nin «Aerostar»-ını «Orbiter» markalı pilotsuz təyyarələri istehsal olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!