26 Noyabr, 2014
Prokuror keçmiş həmkarına 13 il həbs cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxış edərək, V. Müslümovun 13 il, S. Biserovun isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov və onunla birlikdə həbs olunmuş S. Biserov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

V. Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!