26 Noyabr, 2014
Vəkil Elçin Namazov həbs edildi

Vəkil Elçin Namazov həbs edilib.

APA-nın məlumatına görə, vəkil noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. O, polisin tələbini yerinə yetirməməkdə təqsirləndirilir.

Qeyd edək ki, 2011-ci ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə E. Namazovun vəkillik  fəaliyyətinə xitam verilib. Bundan  sonra E. Namazov məhkəmələrdə nümayəndə kimi iştirak edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!