26 Noyabr, 2014
“Qalatasaray” “Anderlext”ə, “Borussiya” “Arsenal”a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 5-ci tura yekun vurulacaq. Simsar.az xəbər verir ki, oyun günündə 8 qarşılaşma keçiriləcək.

“D” qrupunun zirzəmisində qərarlaşmış “Qalatasaray” “Anderlext”lə səfər matçında ilk qələbəsini qazanmaq arzusundadır. 1/8 final vəsiqəsini təmin etmiş “Borussiya Dortmund” isə “Arsenal”la oyunda zirvədəki yerini möhkəmlətməyə çalışacaq.

“A” qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmək istəyən “Atletiko Madrid” “Olimpiakos”u sınağa çəkəcək. “Yuventus” isə “Malmö” ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Günün proqramını təqdim edirik:

Çempionlar Liqası

V tur

26 noyabr

A qrupu

23:45. "Malmö” - "Yuventus"

23:45. "Atletiko” - "Olimpiakos"

B qrupu

23:45. "Bazel" - "Real"

23:45. "Ludoqorets" - "Liverpul"

C qrupu

21:00. "Zenit" - "Benfika"

23:45. "Bayer" - "Monako"

D qrupu

23:45. "Anderlext" -  "Qalatasaray"

23:45. "Borussiya” - "Arsenal"

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!