26 Noyabr, 2014
Rusiyaya qarşı əlavə sanksiyalar - Merkel israr edir

Almaniyanın federal kansleri Angela Merkel Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin qaçılmaz olduğunu bildirib.

Simsar.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Deutsche Welle məlumat yayıb.

Onun sözlərinə görə, sanksiya rejiminin iqtisadiyyata zərər verməsinə baxmayaraq, Ukraynadakı münaqişənin nizamlanması üçün bu cür tədbirlərin görülməsi zəruridir.

“Biz durmadan böhranın diplomatik yolla nizamlanması üzərində çalışırıq. Lakin, təəssüflər olsun ki, Ukraynanın ərazi bütövlüyünün pozulması hələ də davam edir”,  deyə Merkel qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!