26 Noyabr, 2014
“Netanyahuya inam qalmayıb” - Baş Nazir istefaya çağrıldı

İsrail İşçi Partiyasının sədri İsaak Hersoq ölkənin baş naziri Benyaminn Netanyahunu uğursuzluqlarını qəbul edərək istefa verməyə çağırıb.

Simsar.az xəbər verir ki, ölkənin cənubundakı Sedirot bölgəsində keçirilən konfransda çıxış edən Hersoq, Netanyahunun İsrailin mənfəətlərini təhlükə altına aldığını deyib: “Artıq xalqın ona inamı azalıb. O, vəzifədə qalmaq üçün yəhudi dövləti qurmağa çalışır”. Fələstin dövlətinin başçısı Mahmud Abbasla birneçə dəfə görüşən Hersoq, baş nazir seçiləcəyi halda Fələstin hakimiyyətinin mərkəzi Ramallaha getməyə hazır olduğunu bildirib.

Daha sonra çıxış edən İsrailin maliyyə naziri Yair Lapid isə qeyd edib ki, İsrail ilə Fələstin arasında sülh əldə edilməsi ölkə iqtisadiyyatı üçün çox vacib məsələdir: “Tərəflər razılığa gəlməlidirlər. Əgər tərəflər arasında sabitlik davam etməsə, bu ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!