26 Noyabr, 2014
Kobaninin 90 faizi ələ keçirildi

Kobanidə 2 aydan çoxdur davam edən qanlı döyüşlərdə “İŞİD” xeyli itgi verib.

Simsar.az xəbər verir ki, bunu rakka inqilabçıları səhra komandiri İbrahim deyib. O “İŞİD”-in sürətlə şəhərdən çıxarldığını da bildirib: “Azad Suriya Ordusu və Peşmərgənin dəstəyi ilə bəzi kürd qruplaşmalar Kobaninin 90%-i ələ keçiriblər”.

Səhra komandiri artıq döyüşlərin Kobaninin kənarında davam etdiyini deyib: “Hazırda şəhər mərkəzində sakitlikdir. Şəhərin əsas bölümü terroristlərdən təmizləndi. Döyüşlər şəhər kənarına keçib”.

Bölgədəki yerli döyüşçülərdən Mustafa Ebu Rəşit də koalisiya güclərinə aid hərbi təyyarlərin Kobanidən kənardakı “İŞİD” mövqelərini bombaladığını bildirib. O terroristlərin Kobanidə ağır itgilər verdiklərini deyib: “İŞİD” Rakka və Deyruz Zordan gətirdiyi militanlarla Kobaniyə hücum elədi. Və əksəriyyəti də məhv edildi. Artıq “İŞİD”-lilərin özləri də bu məğlubiyyətlərdən, itgilərdən narazıdırlar”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!