26 Noyabr, 2014
Rus politoloq Putinə yol göstərdi

"Cənubi Qafqazda Azərbaycansız Rusiyanın siyasəti mümkün deyil".

Simsar.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Rusiya Dövlət Humanitar Universitetinin postsovet ölkələri kafedrasının dosenti, politoloq Aleksandr Quşin bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda iki ölkə arasında olan münasibətlər Rusiya üçün əsasdır: "Kreml üçün rəsmi Bakı ilə münasibətlər olduqca önəmlidir. Baxmayaraq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə inteqrasiyada aktivlik göstərir. Bakı ilə Moskva arasındakı münasibətlər fərqli dövrlərini yaşayıblar. Olduqca isti və dostluq əlaqələrinin olduğu dövr, daha sonra isə iki ölkə arasında nisbətən durğunluq dövrü yaşanıb. İndi isə münasibətlər yüksək səviyyədədir. Obyektiv desək, Azərbaycan və Rusiya daima dostluq edəcəklər, nə qədər ki, hər iki ölkə bir-birilə iqtisadi əməkdaşlıq etməkdə maraqlıdırlar".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!