26 Noyabr, 2014
Liftdə qalmış 2, mənzildə isə yıxılaraq köməksiz qalmış 1 nəfər xilas olunub

Bakının Xətai rayonunda bu gün axşam saatlarında 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər 2-ci mərtəbədə dayanmış lifti 3-cü mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Bundan başqa,  paytaxtın Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb. Xilasedicilər mənzilə eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!