25 Noyabr, 2014
Moskva-Bakı qatarında qəza

Moskva-Bakı sərnişin qatarı qəzaya düşüb.

Simsar.az-ın məlumatına görə, dünən axşam Rusiyanın Rostov vilayətində sürət qatarı avtomobili vurub.

Dəmir yol keçidində "Qazel" markalı avtomobil xarab olduğundan Moskva-Bakı qatarı qəzadan yayına bilməyib. Toqquşma zamanı zərər çəkən olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisədən sonra "Moskva - Bakı" qatarı yoluna davam edib.

Xatırladaq ki, dünən həmçinin Volqoqrad ərazisində "Moskva-Bakı" qatarının dəmiryol yaxınlığında sərxoş təqaüdçünü vurduğu haqda məlumat yayılmışdı. Xoşbəxtlikdən təqaüdçü sağ qalıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!