25 Noyabr, 2014
"Portu" uddu, "Roma"ya son dəqiqə şoku

Bu gün Çempionlar Liqasında V turun oyunları keçirilir.

Simsar.az-ın məlumatına görə, bu gecə 4 qrupda keçiriləcək 8 oyundan ikisi artıq başa çatıb.

E qrupunda aktivində 4 xal olan ÇSKA doğma meydanda "Roma" nı qəbul edib.Ruslar artırılmış son dəqiqələrdə bərabərlik qolunu vuraraq məğlubiyətdən qaça bilib 1:1.

H qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş "Portu" BATE-nin qonağı olub. Portuqaliya klubu qələbə 0:3 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, "Bavariya", PSJ, "Barselona" və "Portu"dan başqa "Real"la "Borussiya" (Dortmund) 1/8 finala vəsiqəni təmin edib.

Çempionlar Liqası

Qrup mərhələsi

V tur, 25 noyabr

E qrupu

ÇSKA (Moskva, Rusiya) - Roma (İtaliya) 1:1

Qollar: Vasili Berezutski, 90+3 - Françesko Totti, 43.

H qrupu

BATE (Belarus) - Portu (Portuqaliya) 0:3

Qollar: Hektor Herrera, 56. Cekson Martines, 65. Kristian Tello, 89.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!