25 Noyabr, 2014
İt 550 həyat qurtardı

Britaniyada bir itin etdiyi qəhrəmanlıqdan hamı danışır.

ANS PRESS-in məlumatına görə, hələ küçük olarkən labrador cinsindən olan “Deyzi” ləqəbli it Britaniyanın tibbi xeyriyyə təşkilatı tərəfindən insanın nəfəs verməsi, dəri və sidik nümunələrində iybilmə qabiliyyətinin köməyi ilə insanlarda xərçəng və digər ölümcül xəstəlikləri aşkar etmək qabiliyyətinə öyrədilib.

10 il ərzində Deyzi 550-dən çox xərçəng xəstəliyi aşkar edib və bununla da insanların həyatına qiymətli töhfə verib. Bir müddət əvvəl bu it onkoloji xəstəliklər sahəsindəki profilaktik və müalicəvi işinə görə “Mavi xaç” medal ilə təltif olunub. Hətta Britaniya şahzadəsi Çarls və onun həyat yoldaşı Kamilla də bu təltif etmədə iştirak edib.

Bu 550 hadisə içərisində Deyzinin süd vəzisi xərçəngi xəstəliyini aşkarladığı, sahibəsi həkim Kler Qest də olub. “Medical Detection Dogs” təşkilatının icraçı direktoru Kler Qest ona və digər insanlara etdiklərinə görə həmişə Deyziyə minnətdar olacağını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!