25 Noyabr, 2014
Donetskdə sərnişin avtobusuna hücum edildi

Donetskdə sərnişin avtobusu mərmiyə tuş gəlib.

Simsar.az-ın məlumatın agörə, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

Qondarma DXR-in Daxili işlər nazirliyindən verilən məlumata görə, bu gün səhər vaxtlarında 6 nömrəli sərnişin avtobusu marşrutu ilə hərəkətdə olarkən mərmiyə tuş gəlib. Bu zaman avtobus Oktyabrskiy qəsəbəsinin Kolxoznıy döngəsində olub.

“2 nəfər həlak olub, 7-nəfər isə yaralanıb”,- deyə DXR DİN-in yaydığı xəbərdə bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!