25 Noyabr, 2014
Doğuş zamanı ana ölümünə görə həkim işdən azad edildi

İsmayıllı rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Quşencə  kənd sakini,  31 yaşlı Afət Ağayeva doğuş sancıları ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ailə üzvlərinin sözlərinə görə, bu Afət Ağayevanın dördüncü hamiləliyi olub və sonuncu doğuşa qədər onun səhətində hec bir narahatlıq olmayıb.

Mərhumun 4 övladı atasının himayəsində qalıb.

Xəstəxananın baş həkiminin müavini Abdullətif Maqsudov bildirib ki, doğuş normal kecib. Çəkisi 3,5 kiloqram, boyu 55 santimetr olan qız uşağı dünyaya gəlib. Körpə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib və hazırda onun vəziyyəti yaxşıdır. Qadının vəziyyəti doğuşdan sonra qəflətən pisləşib və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan bildirilib ki, doğuşu həyata kecirən mama-ginekoloq Məlahət Hüseynova tibbi şüranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırama aparılır.

Ölümün daha dəqiq səbəbi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyindən sonra məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!